Platformamıza ünvanlanan suallar ilə tanış ola bilərsiniz. Əgər axtardığınız sualın cavabı yoxdursa, müştəri xidmətləri ilə əlaqə saxlamağınız xahiş olunur.
Hesabınızdan yanlış məbləğin silindiyini düşünürsünüzsə, kartınızın əməliyyatlar üzrə bank çıxarışını və rezervasiya nömrəsini müştəri xidmətlərimizə göndərməyinizi xahiş edirik. Araşdırıldıqdan sonra sizə nəticə barədə məlumat veriləcək.
Rezervasiyanız təsdiqləndiyi zaman ödəniş məlumatları ilə bağlı e-mail ünvanınıza məktub göndərilir.
Bəzi hallarda rezervasiya məlumatlarında qeyd edilmək şərti ilə təchizatçı əlavə ödənişlər tələb edə bilər. Əgər bu barədə heç bir məlumat qeyd olunmayıbsa, əlavə ödənişə ehtiyac yoxdur. Təchizatçı sizdən əlavə pul tələb edərsə, müştəri xidmətlərimizə bildirməyiniz xahiş olunur.
Sizə e-mail vasitəsi ilə göndərilən rezervasiya məlumatlarında vauçerə hansı yeməklərin daxil olduğu qeyd olunur. Bəzi hallarda məkanda əlavə ödəniş etməklə yemək paketləri də əldə etmək mümkündür. Əlavə məlumat üçün təchizatçı ilə əlaqə saxlamağınız xahiş olunur.
Əgər sizə rezervasiya etdiyiniz otaqdan fərqli bir otaq verilibsə, rezervasiya nömrənizi, otağın şəkillərini və ödəniş qəbzini müştəri xidmətlərimizə göndərməyiniz xahiş olunur.
Əgər rezervasiyanız təchizatçı tərəfindən ləğv olunubsa, ödədiyiniz məbləğ 7-14 iş günü ərzində kartınıza qaytarılacaq.
Bu, təchizatçının qeyd etdiyi ləğvetmə siyasətindən asılı olaraq dəyişə bilər. Əgər ləğvetməyə icazə verilmirsə, sizin ödədiyiniz məbləğ geri qaytarılmayacaq. Ləğvetmə pulsuzdursa və ya müəyyən faiz çıxılmaqla icazə verilirsə, müvafiq məbləğ 7-14 iş günü ərzində kartınıza qaytarılacaq.
Əgər səyahət günləri, e-mail ünvanı, qonaq məlumatları da daxil olmaqla, rezervasiya parametrlərinə dəyişiklik və ya düzəliş etmək istəyirsinizsə, müştəri xidmətlərimizə müraciət edə bilərsiniz. Təchizatçının dəyişiklik siyasətinə uyğun olaraq müvafiq dəyişikliklər üçün əlavə ödəniş tələb oluna bilər.
Təklifin daxili səhifəsində və ya e-mail ünvanınıza göndəriləcək rezervasiya məlumatlarında ləğvetmə siyasəti barəsində oxuya bilərsiniz.
Platformadan istifadə zamanı hər hansı problem yaranarsa, müştəri xidmətlərimizin e-mail ünvanına müraciət göndərə və ya telefon vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Təsdiq məktubu sistem tərəfindən bir neçə dəqiqə ərzində sizə göndərilir. Əgər məktub gəlməyibsə, e-mail hesabınızın “Spam” və ya “Zibil qutusu” qovluqlarını yoxlamağınız xahiş olunur. Problem həll olunmayıbsa, müştəri xidmətlərimizlə əlaqə saxlamağınızı xahiş edirik.
Rezervasiyanızın statusunu veb-saytda “Rezervasiyalarım” menyusunda görə bilərsiniz. Həmçinin, səyahət gününüzə bir neçə gün qalmış təsdiq məktubu yenidən e-mail ünvanınıza göndəriləcək.
Rezervasiyanıza 24 saat ərzində təchizatçı tərəfindən cavab veriləcək. Cavabla bağlı e-mail ünvanınıza məktub göndəriləcək.
Rezervasiya etdiyiniz müddətdən 24 saat keçməsinə baxmayaraq cavab verilməyibsə, təchizatçı və ya mehman.az müştəri xidmətləri ilə əlaqə saxlamağınız tövsiyə olunur.
Əsas səhifədəki filtrdə istəyinizə uyğun region, tarix, qonaq və otaq sayını seçdikdən sonra axtarış düyməsini basaraq yeni səhifədə açılan təklifləri nəzərdən keçirə bilərsiniz. Bəyəndiyiniz təklifdə sizə uyğun otağı seçib, “Rezerv et” düyməsinə basın. Tələb olunan qonaq məlumatlarını daxil etdikdən sonra rezervasiyanız təchizatçıya göndəriləcək. Rezervasiya təchizatçı tərəfindən təsdiq olunduqdan sonra ödəniş edərək rezervasiyanı tamamlaya bilərsiniz.
Onlayn rezervasiya zamanı sizdən ad, soyad, e-mail ünvanı və şəxsiyyət vəsiqəsinin FİN kodu tələb olunur. Məkana çatdığınız zaman sizdən şəxsiyyət vəsiqəsi və nikah şəhadətnaməsi tələb oluna bilər.
Bəli, ödəniş etdiyiniz təqdirdə belə bir limit tətbiq olunmur.
Check-in və check-out vaxtlarına dəyişiklik üçün təchizatçı ilə əlaqə saxlamağınız tövsiyə olunur. Nəzərə alın ki, təchizatçı qeyd olunan vaxtlara dəyişiklik etmək məcburiyyətində deyil.
Rezervasiya səhifəsində ümumi yerləşdirmə infrastrukturu barədə məlumat ala bilərsiniz. Əlavə olaraq, hər bir otaq adının üzərinə klikləyərək individual şərait ilə də tanış ola bilərsiniz.
Əgər səyahət günləri, e-mail ünvanı, qonaq məlumatları da daxil olmaqla, rezervasiya parametrlərinə dəyişiklik və ya düzəliş etmək istəyirsinizsə, müştəri xidmətlərimizə müraciət edə bilərsiniz. Təchizatçının dəyişiklik siyasətinə uyğun olaraq müvafiq dəyişikliklər üçün əlavə ödəniş tələb oluna bilər.
Bu, yerləşdirmə müəssisəsinin siyasətindən asılı olaraq dəyişə bilər. Əksər hallarda uşaqlar üçün əlavə çarpayı və beşiklər pulsuz təmin olunur. Daha dəqiq məlumat üçün səyahətinizdən əvvəl yerləşdirmə müəssisəsi ilə əlaqə saxlamağınız xahiş olunur.
Əgər hesabınıza daxil olaraq rezervasiya etmisinizsə, rezervasiyanızı şəxsi kabinetdə “Rezervasiyalarım” menyusunda tapa bilərsiniz. Əgər hesaba daxil olmadan rezervasiya etmisinizsə, həmin rezervasiyanı hesabınıza əlavə etməyiniz mümkün olmayacaq. Rezervasiya məlumatlarını əldə etmək üçün rezerv edərkən qeyd etdiyiniz e-mail ünvanını yoxlamağınız xahiş olunur.
Hesabınız bloklanıbsa, müştəri xidmətlərimizlə əlaqə saxlamağınız xahiş olunur. Əgər hər-hansı qayda pozuntusuna yol verməmisinizsə, hesabınız yenidən aktivləşdiriləcək.