Haqqımızda
Azərbaycan Turizm Bürosu
Milli Turizm Təşkilatı
Azərbaycan Turizm Bürosu innovativ marketinq üsullarından istifadə edərək ölkəmizin turizm istiqaməti kimi beynəlxalq səviyyədə, xüsusən də hədəf bazarlarda tanıdılması, həmçinin ölkədaxili turizmin inkişafı üçün bu sahədə aparılan araşdırmaların nəticələrinin tətbiqini həyata keçirir.
Azərbaycan Turizm Bürosunun layihəsi olan www.mehman.az yerləşdirmə və tur provayderləri, təcrübələri və səyahətçiləri bir-birilə birləşdirən milli daxili rezervasiya platformasıdır. Platforma yalnız Azərbaycan vətəndaşları və rezidentləri üçün nəzərdə tutulub. O, tur və yerləşdirmə provayderlərinə rezervasiya sistemini sadələşdirməyə, onlayn ödənişləri qəbul etməyə və xidmətlərin keyfiyyətini yaxşılaşdırmağa kömək edir. Platformada mövcud olan həm bizneslərarası (B2B), həm də biznes-istifadəçi (B2C) komponentlər tur provayderlərinə dinamik turlar qurmağa imkan verir, eyni zamanda statik turlar təklif edir.
Missiyamız
Missiyamız yerli turistlərin platforma vasitəsilə rezervasiya və ödəniş etməsi, eyni zamanda turizm sənayesi nümayəndələrinin əməliyyatları idarə etməsi və genişləndirməsi üçün ən yaxşı alətləri bir yerdə təqdim etməkdir. Platforma müxtəlif turizm məhsulu təminatçıları üçün bazar rolunu oynayır və onlar üçün yeni kanallar açır.
Vizyonumuz
Vizyonumuz yerli səyahətçilərə hotellər, yerləşdirmə yerləri və tur paketlərini rezerv etmək üçün xoş, səmərəli və sərfəli üsul təqdim etməkdir. Eyni zamanda, yerli qonaqpərvərlik (hotellər, qonaq evləri, yerləşdirmə təminatçıları) və turizm biznesi sahibləri (səyahət agentlikləri və tur operatorları) üçün aşağı komissiya dərəcələri ilə bir satış nöqtəsi yaratmaqdır.