Logo - mehman.az

Kukilər siyasəti

Azərbaycan Turizm Bürosu qurumun məhsulu olan www.mehman.az vasitəsilə istifadəçilərə müvafiq və yeni məlumatlar çatdırır, rezervasiya xidmətlərinin göstərilməsini təşkil edir. Təqdim olunan məlumatlar müəyyən olunmuş məqsədlər üçün şəxsin razılığı ilə üçüncü şəxslərə ötürülür.

Kuki fayllar nədir?
Kuki (cookie) fayllar istifadəçilərin internetə daxil olduğu cihazlarda əksər veb-saytlar vasitəsilə saxlanan kiçikhəcmli mətnlərdir. Kuki faylların saxlanması ilə bağlı qərar yalnız istifadəçidən asılıdır. Məhz istifadəçi brauzer vasitəsilə kuki faylların saxlanmasını məhdudlaşdıra, yaxud bu faylları silə bilər.

Kuki faylların növləri

1. Sessiya kuki faylları
Bu kuki fayllar sizə veb-saytın müvafiq şəkildə fəaliyyəti üçün lazımi alətlərdən istifadə etmək imkanı verir. Bu fayllar olmadan veb-saytda mövcud olan bir sıra xidmətlərin fəaliyyətində maneələr müşahidə oluna bilər.

2. Daimi kuki fayllar
Bu növ kuki fayllar gələcəkdə veb-saytdan istifadə təcrübəsini mükəmməlləşdirmək məqsədilə veb-saytda istifadəçilərin fəaliyyəti barədə məlumatları (məsələn, veb-saytın hansı səhifələri daha çox ziyarət olunur) saxlayır.

3. Funksional kuki fayllar
Bu kuki fayllar vasitəsilə veb-sayt sizin seçimləriniz və cihazlarınızdakı parametrlər barədə məlumatları (məsələn, istifadəçi adı, dil, region) toplayır və beləliklə, genişləndirilmiş şəxsi funksiyaları təqdim edir. Bu tip kuki fayllar sizin veb-saytdakı fəaliyyətinizi izləməyi aktivləşdirə bilər.

4. Hədəf və reklam kuki faylları
Bu kuki fayllar, adətən, reklam şirkətləri və sosial media şəbəkələri (“üçüncü tərəf”) tərəfindən hədəf reklam nümayişi, təkrarlanan reklamın qarşısının alınması və ya reklam agentliklərinin effektivliyinin qiymətləndirilməsi məqsədilə istifadə olunur.

Kuki fayllar niyə lazımdır?
Əksər veb-saytlar kuki-fayllardan istifadə edir, çünki bu fayllar veb-sayt istifadəçilərinə onların maraq və tərcihlərinə uyğun məzmunun fasiləsiz və rahat şəkildə yenilənməsini təmin edir. Veb-saytın ziyarət olunması ilə bağlı statistik məlumatlar (internet-trafik) da kuki fayllara aiddir və bunun əsasında, şəbəkə administratorları veb-saytın fəaliyyətinin effektivliyini qiymətləndirə bilərlər. Bundan başqa, bu fayllar vasitəsilə veb-saytda istifadəçilərə təqdim olunan reklam elanlarının forma və kəmiyyətinin məqsədyönlülüyü dəyərləndirilə bilər.