Məxfilik siyasəti
Məlumatların nəzarətçisi
Məlumatların nəzarətçisi olaraq, ATB fərdi məlumatlarınızın məxfiliyini və təhlükəsizliyini qorumağa cavabdehlik daşıyır. ATB məlumatlarınızın müvafiq qanunlara uyğun işlənməsini təmin edir və fərdi məlumatlarınızın məxfiliyini və bütövlüyünü təmin etmək və bu məlumatlara icazəsiz daxil olmanın qarşısını almaq üçün zəruri tədbirlər görür.
Bu veb-saytdakı məlumatların qorunması ilə bağlı hər hansı bir sual və ya sorğu üçün əlaqə vasitələri:
Azərbaycan Turizm Bürosu
Bakı şəhəri, Üzeyir Hacıbəyli 134 AZ1010
[email protected]
Tel.: +99412 5058704
Azərbaycan Turizm Bürosu
Bakı şəhəri, Üzeyir Hacıbəyli 134 AZ1010
[email protected]
Tel.: +99412 5058704
Terminlər və açılışı
"Fərdi məlumatlar" dedikdə, fiziki şəxsə ("məlumat subyekti") aid və onun kimliyini müəyyən etməyə imkan yaradan hər hansı bir məlumat nəzərdə tutulur. Buraya şəxsin adı, ünvan(lar)ı, telefon nömrə(lər)i, e-poçt ünvan(lar)ı, həmin şəxsə aid hər hansı digər məlumat və ya məlumatlar toplusu aiddir.
"Məlumatların işlənilməsi" dedikdə, fərdi məlumat və ya fərdi məlumatlar toplusu üzrə bu və ya digər avtomatlaşdırılmış üsullarla istənilən əməliyyat və ya əməliyyatlar toplusu nəzərdə tutulur. Bu üsullara məlumatların toplanması, qeydiyyatı, təşkili, qurulması, saxlanması, uyğunlaşdırılması və ya dəyişdirilməsi, bərpası, istifadəsi, ötürülməsi, yayılması və ya başqa şəkildə əlçatan edilməsi, qruplaşdırılması və birləşdirilməsi, məhdudlaşdırılması, silinməsi və ya məhv edilməsi, həmçinin konsultasiya daxildir.
Məlumatların işlənməsinin hüquqi əsası və məqsədləri
Bu veb-saytda həvalə olunan fərdi məlumatların emalı aşağıdakı qanuni əsaslarla aparılır:
- məlumat subyekti fərdi məlumatlarının bir və ya daha çox xüsusi məqsədlər üçün işlənməsinə razılıq verib;
- prosedur nəzarətçinin tabe olduğu qanuni öhdəliyə uyğun olaraq zəruridir;
- emal nəzarətçinin təqib etdiyi qanuni maraqların məqsədləri üçün lazımdır.
Fərdi məlumatlarınız sizin razılığınıza əsasən, aşağıda göstərilən məqsədlər üçün istifadə ediləcəkdir:
- rezervasiya xidmətlərini təşkil etmək;
- veb-saytın düzgün işləməsini təmin etmək;
- veb-saytın təcrübi hissəsini təkmilləşdirmək;
- veb-saytda inkişaf etmiş və fərdiləşdirilmiş funksiyaları təmin etmək;
- hədəf reklamları göstərmək, təkrarlanan reklamları məhdudlaşdırmaq;
- veb-sayt trafikinə dair statistik məlumatlar yaratmaq.
Sizin razılığınız
Fərdi məlumatlarınızın işlənməsi üçün qanuni əsas kimi siz öz razılığınızı verdiyiniz təqdirdə, yuxarıda göstərilən əlaqə məlumatları vasitəsilə ATB ilə əlaqə quraraq istənilən vaxt razılığınızı geri ala bilərsiniz. Razılığınızın geri alınması, geri çəkilmə tarixindən əvvəl edilən məlumatların işlənməsinin qanunsuz olduğu anlamına gəlmir.
Fərdi məlumatların saxlanması
Fərdi məlumatlarınızın qorunma müddəti:
- bu Məxfilik Siyasətində göstərilən məqsədlər üçün lazım olana qədər və qanuni öhdəliklərimizi yerinə yetirməyə imkan verənə kimi;
- fərdi məlumatların işlənməsi üçün razılıq geri götürülənə kimi.
Üçüncü tərəflərlə məlumat mübadiləsi
www.mehman.az xidmətlərinə müxtəlif yollarla və müxtəlif səbəblərdən inteqrasiya olunmuş tərəflər mövcuddur. ATB-nin məlumatlarınızı həmin tərəflərlə paylaşmasının əsas məqsədi rezervasiyanızın tamamlanmasını təmin etməkdir. Bəzi hallarda qanunla tələb olunarsa, məlumatlarınızı hökumət və ya digər orqanlarla paylaşa bilərik.
Fərdi məlumatlara çıxış
Bu veb-saytın idarə olunması, rezervasiya xidmətlərinin təşkili, məlumatların işlənməsi, analitik və statistik hesabatların hazırlanması, İT sistemlərinin təminatı, marketinq vasitələrinin avtomatlaşdırılması, veb reklamların təşkili üçün www.mehman.az və onun işçilərindən başqa, www.mehman.az ilə əməkdaşlıq edən təşkilatların şəxsi heyəti fərdi məlumatlarınızı əldə edə biləcəklər.
www.mehman.az fərdi məlumatlarınızın məxfiliyini qorumaq və məlumatların qorunması qanunvericiliyinə uyğun olaraq emal etmək üçün qeyd olunan qurumlarla müqavilələr bağlayıb. Bu qurumlar fərdi məlumatlardan öz maraqları naminə istifadə etməyəcəklər.
Emalın təhlükəsizliyi
ATB effektiv qorunma sistemi qurmuşdur və bu sistem emal sistemləri və xidmətlərinin məxfiliyi, bütövlüyü, mövcudluğu və dayanıqlılığını təmin etmək və fərdi məlumatları təsadüfi və ya qeyri-qanuni məhv edilmədən, itirilmədən, dəyişdirilmədən, icazəsiz açıqlanmadan və ya ötürülən, saxlanan və ya başqa şəkildə işlənən fərdi məlumatlara girişdən qorumaq üçün müvafiq texniki və təşkilati tədbirlər həyata keçirir.
Sizin hüquqlarınız
Məlumat subyekti kimi bu veb-sayt vasitəsilə ötürülmüş məlumatlara görə sizin aşağıdakı hüquqlarınız var:
- Giriş hüququ: bu veb-saytda toplanmış fərdi məlumatlarınız, emalın məqsədləri, fərdi məlumatların kateqoriyaları, fərdi məlumatların açıqlandığı və ya açıqlanacağı tərəf və ya tərəf kateqoriyaları, mümkün olarsa, fərdi məlumatların saxlanılacağı nəzərdə tutulan dövr və ya mümkün olmadıqda həmin dövrü müəyyənləşdirmək üçün istifadə olunan meyarlar, avtomatlaşdırılmış qərar qəbulunun mövcudluğu və məlumat subyekti üçün belə işlənmənin nəzərdə tutulan nəticələri daxil olmaqla məlumatları ATB-dan əldə edə bilərsiniz.
- Düzəltmə hüququ: Sizinlə əlaqəli səhv məlumatların düzəldilməsini təxirə salmadan tələb edə bilərsiniz.
- Silinmə hüququ: ATB sizin haqqınızda olan fərdi məlumatlarınızın silinməsini aşağıdakı hallarda gecikdirmədən təmin edir: a) toplanma məqsədləri ilə əlaqəli artıq əhəmiyyət daşımadıqda, yaxud fərqli emal edildikdə; b) emalın əsaslandığı razılığınızı geri götürsəniz və emal üçün başqa qanuni əsas olmadıqda; c) emal sizin razılığınıza əsaslansa da, bu cür işlənməyə etiraz etdikdə və emal üçün başqa qanuni əsas olmadıqda; ç) fərdi məlumatlar qanunsuz olaraq işləndikdə; d) fərdi məlumatlar qanuni öhdəliyə uyğun olması üçün silinməli olduqda; e) fərdi məlumatlar uşaqlarla bağlı informasiya cəmiyyətinin xidmətləri ilə əlaqədar toplandıqda.
- Emalın məhdudlaşdırılması hüququ: ATB-dən emalın məhdudlaşdırılmasını aşağıdakı hallarda tələb edə bilərsiniz: a) fərdi məlumatların düzgünlüyünü mübahisələndirdiyiniz halda, ATB-yə fərdi məlumatların düzgünlüyünün yoxlanılması üçün verilmiş müddət ərzində; b) emalın qanunazidd olduğu müəyyən olunduqda və tərəfinizdən fərdi məlumatların silinməsi deyil, amma istifadəsinin məhdudlaşdırılması tələb edildikdə; c) ATB artıq işlənmə məqsədləri üçün fərdi məlumatlara ehtiyac duymasa belə, iddia tələblərinin yaradılması, icrası və ya müdafiəsi üçün tərəfinizdən müraciət daxil olarsa; ç) siz emala etiraz etdikdə ATB emalın hüquqi əsasını yoxladıqda.
- Məlumatların daşınması hüququ: ATB-yə verdiyiniz fərdi məlumatları qeyd olunmuş hallarda strukturlaşdırılmış və maşınla oxuna bilən bir formatda ala və bu məlumatları ATB-nin razılığı olmadan başqa bir nəzarətçiyə ötürə bilərsiniz: emal razılıq əsasında icra olunarsa və ya razılığın yerinə yetirilməsi üçün zəruridirsə və emal avtomatlaşdırılmış vasitələrdən istifadə edilərsə.
- Etiraz etmək hüququ: Emal avtomatlaşdırılmış vasitələrdən istifadə etməklə icra edilirsə, öz razılığınıza əsasən və ya razılaşmanın (müqavilənin) icrası üçün fərdi məlumatlarınızın işlənməsinə etiraz edə bilərsiniz. Fərdi məlumatlarınız birbaşa marketinq məqsədləri üçün işlənildiyi təqdirdə, bu cür birbaşa marketinq məqsədləri üçün profilləşmənin olması halları da daxil olmaqla, belə marketinq üsulları üçün fərdi məlumatlarınızın emalına istənilən vaxt etiraz etmək hüququnuz var. Fərdi məlumatlarınız elmi, tarixi, tədqiqat və ya statistik məqsədlər üçün emal edildiyi halda, sizinlə bağlı xüsusi bir səbəblə əlaqədar olaraq fərdi məlumatlarınızın işlənməsinə etiraz etmək hüququnuz var. Fərdi məlumatların ictimai maraq doğuran səbəblərə görə işlənilməsi və ya emalı etiraz etmək hüququnuza münasibətdə istisna hal təşkil edir.
Yuxarıda göstərilən hüquqlardan hər hansı birini istifadə etmək istəsəniz və ya məlumatınızın ATB tərəfindən istifadə qaydası ilə razı deyilsinizsə, [email protected] ünvanına müraciət edə bilərsiniz.
Məxfilik siyasətinə dəyişikliklər
Bu Məxfilik siyasətindəki hər bir dəyişiklik www.mehman.az veb-saytında dərc ediləcəkdir.