Bronun ləğvi və Geri ödənilmə qaydaları
Siz www.mehman.az veb-saytında hər hansı turizm məhsulunu bron (rezervasiya) etməklə, həmin turizm məhsulları təchizatçısının brondan sonra ləğv və ya brondan istifadə edilməməyə dair siyasətləri, habelə turizm məhsulları təchizatçısının sizin brona tətbiq oluna bilən (o cümlədən, turizm məhsulları təchizatçısının təklif etdiyi xidmətlər və ya məhsullar üzrə) hər hansı əlavə (təchizat) şərtləri və müddəaları qəbul edir və onlarla razılaşırsınız. Turizm məhsulları təchizatçısının aidiyyəti şərtləri və müddəaları (çatdırılma/ satınalma/ istifadə/ daşınma və s.) müvafiq turizm məhsulları təchizatçısından əldə edilə bilər. Bronun ləğvi və ya istifadə edilməməsinə dair ümumi siyasət ilə bizim platformada, turizm məhsulları təchizatçısının məlumat səhifələrində, rezervasiya proseduru müddətində və təsdiqin əks olunduğu elektron məktub və ya biletdə (əgər tətbiq oluna bilərsə) tanış ola bilərsiniz. Nəzərə alın ki, bronun rəsmiləşdirilməsindən əvvəl hər hansı şərt üçün seçdiyiniz məhsul və ya xidmətlər haqqında məlumatlar ilə diqqətlə tanış olmaq lazımdır. Nəzərə alın ki, müəyyən tariflər, ödənişlər və ya xüsusi təkliflər ləğv edilə, geri qaytarıla və ya dəyişdirilə bilməz. Brondan istifadə edilmədikdə və ya bron ləğv edildikdə, turizm məhsulları təchizatçısı tərəfindən aidiyyəti şəhər / turizm vergisi tutula bilər. Diqqət yetirin ki, ilkin ödəniş və ya əvvəlcədən (tam/qismən) ödəniş tələb edən bron/rezervasiya, aidiyyəti (qalıq) məbləğ(lər) turizm məhsulları təchizatçısının müvafiq ödəniş siyasətinə və rezervasiyaya uyğun olaraq, tələb olunan müddətdə və ya ödəniş tarixində tam həcmdə yığıla bilmirsə (öhdəliklərin yerinə yetirilməməsi barədə əvvəlcədən xəbərdarlıq etmədən), ləğv edilə bilər. Bronun ləğvi və əvvəlcədən ödəniş qaydaları hər bronun seqmentindən, məhsulundan və ya xidmətindən asılı olaraq dəyişə bilər. Xahiş edirik ki, turizm məhsulları təchizatçısı tərəfindən tətbiq oluna biləcək əlavə qaydalar haqqında məlumat almaq üçün rezervasiyanın təsdiq sənədində əks olunan mühüm məlumatlarla diqqətlə tanış olun (məsələn, yaş tələbləri, zəmanət depoziti, qrup sifarişləri üçün ləğvin qeyri-mümkünlüyü / əlavə xidmətlər, əlavə çarpayılar / pulsuz səhər yeməyinin olmaması, ev heyvanları / bank kartlarının qəbulu və s.). Gecikdirilmiş ödəniş, yanlış bank, debet və ya kredit kartı məlumatları, etibarsız kredit/debet kartları və ya vəsaitlərin yetərli olmaması sizin riskləriniz və vəsaitiniz hesabına həyata keçirilir. Bu baxımdan, siz turizm məhsulları təchizatçısının razılığı və ya (ilkin) ödəniş və ləğvetmə siyasətinə əsasən, turizm məhsulları təchizatçısının icazəsi olmadan, əvvəlcədən ödənilmiş məbləği geri almaq hüququna malik olmayacaqsınız.
Əgər siz bronunuzu nəzərdən keçirmək, dəyişmək və ya ləğv etmək istəyirsinizsə, elektron təsdiq məktubu ilə tanış olun və məktubda göstərilən təlimatlara riayət edin. Nəzərə alın ki, turizm məhsulları təchizatçısının ləğv, (ilkin) ödəniş və brondan istifadə etməməyə dair siyasətinə uyğun olaraq, sizdən etdiyiniz imtinalara görə müvafiq məbləğlər tutula bilər və bu baxımdan, (əvvəlcədən) ödənilmiş hər hansı məbləği geri almaq hüququna malik olmayacaqsınız. Tövsiyə edirik ki, hər hansı bron/rezervasiya etməzdən əvvəl müvəqqəti yaşayış xidmətləri təchizatçısının bronun ləğvi, (ilkin) ödəniş və brondan istifadə etməməyə dair siyasətini diqqətlə oxuyasınız və müvafiq bron/rezervasiya üçün tələb olunan hər hansı əlavə ödənişi vaxtında yerinə yetirəsiniz.
Əgər siz qeydiyyat tarixinə gecikirsinizsə və ya yubanmış şəkildə gələcəksinizsə və ya növbəti gün gələcəksinizsə, bu barədə təchizatçıya (vaxtında/qısa müddətdə) xəbər verin. Bu, təchizatçının sizi nə zaman gözləməli olmasına, habelə bronunuzun ləğv edilməsinə və ya brondan istifadə etməməyə görə əlavə ödənişin tutulmasının qarşısını almağa imkan verir. Bizim Müştəri Xidmətləri şöbəsi lazım gəldikdə təchizatçının məlumatlandırılmasında sizə kömək edə bilər. www.mehman.az veb-saytı sizin yubanmış şəkildə gəlişiniz və ya bronun ləğvinə görə yarana biləcək hallara, eləcə də təchizatçı tərəfindən brondan/rezervasiyadan istifadə etməmə səbəbindən əlavə haqqın tutulmasına görə heç bir maddi öhdəlik və ya məsuliyyət daşımır.